"Barselona" Martinezin qiymətini razılaşdırdı

"Barselona" "inter"in futbolçusu Lautaro Martinezin transeri ilə bağlı danışıqları davam etdirir. 
 
Sport7.az xəbər verir ki, katalon klubu artıq ilkin danışıqlarda müsbət nəticə əldə edib və qiymət razılaşdırılıb. İtaliya mətbuatının yazdığına görə "Barsa" 4 illik müqavilə bağlamaq istədiyi futbolçuya hər il 12 milyon avro əlavə bonuslar ödəyəcək. Hazırda isə Martinezin "İnter"dəki qazancı 4 milyon avrodu.
 
"Barselona" transfer qiyməti ilə bağlı əks tərəfə bir oyunçusunu da təklif edir. Lakin "İnter" Martinezə görə tam transfer məbləği olaraq 111 milyon avro tələb edir.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR