"Barselona" müdafiəçisini satır

"Barselona"nın müdafiəçisi Mark Kukurelya "Xetafe"yə keçmək üzrədi.

Transfer Madrid klubuna 10 milyon avroya başa gələcək. "Barselona" ötən gün Kukurelyanın müqaviləsindəki yenidən satınalma opsiyasından yararlanaraq 4 milyon avro qarşılığında onu heyətinə qatmışdı.

Goal.com-un məlumatına görə, "Borussiya" və "Milan" da 20 yaşlı futbolçunun xidmətində maraqlıdı.

"Barselona"nın "Betis"in cinah müdafiəçisi Xunior Firponu transfer etməyə çalışdığı bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR