"Barselona" Neymara görə PSJ-yə 60-80 milyon avro və Koutinyonu təklif edib

PSJ-nin hücumçusu Neymarın komandada qalıb-qalmayacağı hələ də bəlli deyil.

"Le Parisien"in xəbərinə görə, "Barselona" Neymar qarşılığında PSJ-yə Filippe Koutinyo ilə yanaşı, 60-80 milyon avro arası məbləğ təklif edib. Təklifin Paris klubunu qane etmədiyi bildirilir.

PSJ rəsmiləri Neymarı bartersiz, yüksək məbləğə satmaq niyyətindədilər. Məsələ 15-16 avqust tarixlərində Liverpulda keçiriləcək Avropa Klublar Assosiasiyasının iclasında həllini tapa bilər. Orada Fransa təmsilçisinin sahibi Nassel Əl-Helayfinin braziliyalı futbolçunun xidmətində maraqlı olan "Barselona" və "Real"ın rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR