"Barselona" Neymara görə Rakitiçlə yollarını ayırmağa hazırdı

"Barselona" PSJ-nin hücumçusu Neymarın transferi ilə bağlı çalışmaları davam etdirir.

Ötən gün tərəflər arasında görüş baş tutub. "Barselona"nın direktoru Erik Abidal və vitse-prezident Xavyer Bordas Fransada PSJ-nin idman direktoru Leonardo ilə bir araya gəliblər.

PSJ ilk əvvəl Neymar qarşılığında 100 milyon avro, Filippe Koutinyo, Nelson Semedu və əlavə daha bir futbolçu tələb etsə də, "Barselona" bununla razılaşmayıb. Əvəzində, katalon klubu Koutinyo ilə yanaşı, İvan Rakitiçi anlaşmaya daxil etmək qərarına gəlib. Fors-major hal baş verməsə, məhz bu iki futbolçu karyeralarını Fransada davam etdirəcəklər.

Hazırda məbləğin razılaşdırılması ilə bağlı danışıqlar gedir. Paris klubu 100 milyon avro tələb edir, "Barsa" isə sözügedən oyunçularla yanaşı, 50 milyon avro ödəməyə hazırdı.

PSJ rəhbərliyi Neymarın gələcəyi ilə bağlı məsələnin ən qısa müddətdə həll olunmasının tərəfdarıdı. "Barselona" rəsmiləri isə son görüşdən sonra danışıqların müsbət yekunlaşacağından əmindi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR