"Barselona" Qrizmannı Neymarla dəyişə bilər - İddia

"Barselona" Antuan Qrizmannı PSJ-nin hücumçusu Neymarla dəyişə bilər.

"Le10Sport"un məlumatına görə, Qrizmannla Messi arasında münasibətlərin gedişatı məsələdə həlledici olacaq. Hazırda "Barselona" rəsmilərinin ikili arasındakı əlaqələri yaxından izlədiyi bildirilir. Leo klubu fransız futbolçunun transferində günahlandırmağa, eyni zamanda, rəhbərliyin Neymarı heyətə qatmaq üçün kifayət qədər cəhd göstərmədiyini deməyə davam edəcəyi təqdirdə, "barter"in baş tutacağı gözlənilir.

Braziliyalı forvard katalon klubuna qayıtmaq niyyətindədi. PSJ-nin mövqeyi isə bəlli deyil.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada çıxdığı 7 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR