"Barselona" Rakitiçi "Atletiko"ya satmaq istəmir

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin "Atletiko"ya keçmək ehtimalı elə də yüksək deyil.

Cari mövsümdə əsas heyətdəki yerini itirən Rakitiç iş yerini dəyişmək niyyətindədi. "Atletiko" xorvatiyalı futbolçu ilə maraqlanır. Hələlik rəsmi təklif olmasa da, "Barselona"nın oyunçusunu əsas rəqiblərindən birinə satmaq fikrində olmadığı bildirilir.

Rakitiçin adı "Mançester Yunayted" və "İnter"lə də birlikdə hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR