"Barselona" - "Real" oyununun tarixi müəyyənləşdi

La Liqanın 10-cu turu çərçivəsində oynanılmalı olan "Barselona" - "Real" matçının yeni tarixi müəyyənləşib.

İspaniya Futbol Federasiyasının məlumatına görə, "El Klasiko" 18 dekabrda keçiriləcək. La Liqa rəhbərliyi 4 dekabr variantına üstünlük versə də, yekunda klubların seçimi əsas götürülüb.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsinin 9 katalon siyasətçi barəsində həbs qərarı çıxarması nəticəsində Kataloniyada vəziyyət gərginləşib. Bu səbəbdən oktyabrın 26-sında "Nou Kamp" stadionunda keçirilməli olan "El Klasiko" təxirə salınmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR