"Barselona" "Real"ı məğlub etdi, seriyada fərq azaldı

Kişi basketbolçuların İspaniya ACB Liqasında final seriyasının üçüncü görüşü keçirilib.

"Barselona" "Real"ı qəbul edib. Liderliyin tez-tez tərəf dəyişdirdiyi matçın qalibi son saniyələrdə müəyyənləşib. Oyunun bitməsinə 29 saniyə qalmış Kris Sinqltonun ikiliyi "Barselona"nın 78:77 hesablı qələbəsini təmin edib. Beləliklə, katalon klubu seriya fərqini azaldıb - 1:2.

Tomas Ertel 21 xalla qarşılaşmanın ən məhsuldarı olub. "Real"ın heyətində Trey Tompkins və Fakundo Kampatso oyunu 18 xalla tamamlayıblar.


İspaniya ACB Liqası

Final seriyası (3-cü oyun)

"Barselona" - "Real" - 78:77

Seriyada hesab - 1:2


Seriyanın dördüncü matçı iyunun 21-də "Barselona"nın "Palau Blauqrana" arenasında oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR