"Barselona" son 17 il ərzində ilk dəfə mövsümün gedişində məşqçisini istefaya göndərdi

"Barselona" Ernesto Valverde ilə yollarını ayırıb.

Tərəflər müqaviləyə xitam verilməsinə dair qarşılıqlı razılıq əldə ediblər. Valverdeni "Betis"in sabiq çalışdırıcısı Kike Setyen əvəzləyəcək.

"Barselona" 2003-cü ildən bəri ilk dəfə mövsümün gedişində baş məşqçisini istefaya göndərib. 17 il əvvəl katalon kubu Lui van Qalın müqaviləsinə son vermişdi. O zaman komanda çempionatda liderdən 20 xal geri qalırdı.

Qeyd edək ki, hazırda "Barsa" La Liqada əlavə göstəricilərə görə liderdi. "Blauqrana"nın və ikinci "Real"ın 40 xalı var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR