"Barselona" Suaresin boşluğunu Rodriqo ilə doldurmaq istəyir

"Valensiya"nın hücumçusu Rodriqo Moreno karyerasını "Barselona"da davam etdirə bilər.

"Barselona" zədəli Luis Suaresin boşluğunu doldurmaq istəyir. Jurnalist Canluka Di Martsionun xəbərinə görə, katalon klubu Rodriqonun xidmətində maraqlıdı.

"Valensiya" ispan futbolçunun transferini 60 milyon avro dəyərində qiymətləndirir. Onun agenti Jorje Mendeş artıq qarşı tərəflə danışıqlara başlayıb. Hətta ilkin razılığın əldə olunduğu da bildirilir.

"Barselona" Rodriqonu satınalma haqqı ilə birlikdə 6 aylıq icarəyə götürmək niyyətindədi.

Qeyd edək ki, Luis Suares 4 ay müddətinə sıradan çıxıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR