"Barselona" Suaresin yoxluğunu doldurmaq üçün hücumçu axtarır

Luis Suaresin 4 ay müddətinə sıradan çıxmasından sonra "Barselona" hücumçu axtarışlarını sürətləndirib.

"El Mundo Deportivo"nun xəbərinə görə, "Barselona" qış "transfer pəncərəsi"nin sonuna kimi "9 nömrə" transfer etmək niyyətindədi. "İnter"in forvardı Lautaro Martinesin yanvarda keçidi mümkünsüz görünür. Onun sərbəstqalma məbləği 111 milyon avro təşkil etsə də, bu bənd yayda işə düşəcək.

"Katalonlar"ın namizədləri sırasında Kristian Stuani ("Jirona"), Çimi Avila ("Osasuna") və Qabriel Barbozanın ("İnter") adları var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR