"Barselona" Ter Şteqenlə müqavilə yeniləyir

"Barselona" qolkiper Mark-Andre ter Şteqeni komandada saxlamaqda niyyətindədi.

"Marca"nın xəbərinə görə, katalon klubu müqavilənin uzadılması ilə bağlı Ter Şteqenin təmsilçisi ilə danışıqlara başlayıb. Rəhbərlik alman qapıçının oyunundan çox razıdı. Yaxın günlərdə yekun qərarın qəbul ediləcəyi bildirilir.

Yeni anlaşmanın detalları barədə məlumat verilmir. Ter Şteqenin "Barsa" ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR