"Barselona" uduzdu, "Real" qələbə qazandı

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsinin növbəti görüşləri keçirilib.

"Anadolu Efes" "Barselona"nı qəbul edib. İlk periodda əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlamağı bacaran İstanbul təmsilçisi qarşılaşmadan qalib ayrılıb. "Efes"in heyətində Vasili Miçiç 21 xalla oyunun ən məhsuldar ismi olub. "Barselona"da isə Ante Tomiç 14 xalla oynayıb.

Günün digər oyunu daha gərgin alınıb. "Real" "Panatinaikos"la qarşılaşıb. Qarşılaşmanın gedişində 14 xal geri düşməsinə baxmayaraq, Yunanıstan təmsilçisi son dəqiqələrdə 6 xal üstünlüyü ələ keçirib. Buna rəğmən, toparlanan Madrid klubu sonda 75:72 hesabı ilə qələbə qazanaraq seriyada önə keçib. Nik Kalates 17 xalla matçın ən məhsuldar oyunçusu olub.


Avroliqa

Pley-off

"Anadolu Efes" (Türkiyə) - "Barselona" (İspaniya) - 75:68

Seriyada hesab - 1:0

"Real" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 75:72

Seriyada hesab - 1:0

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR