"Barselona" və PSJ Emre Can uğrunda mübarizə aparır

"Yuventus"un yarımmüdafiəçisi Emre Can komandadan ayrılmaq istəyir.

O, adının Çempionlar Liqasının iştirak ərizəsinə salınmamasına görə çox məyusdu. Canın baş məşqçi Mauritsio Sarri ilə münasibətləri qaydasında deyil.

"Diario Sport"un xəbərinə görə, "Barselona" və PSJ qış "transfer pəncərəsi"ndə 25 yaşlı futbolçunu heyətlərinə qatmağa çalışacaqlar. Mümkün transfer 40-50 milyon avro dəyərində qiymətləndirilir.

"Barselona" heyətdə Cana yer açmaq üçün İvan Rakitiç və Karles Alenya ilə yollarını ayırmağa hazırdı. PSJ-nin isə "boks-tu-boks" funksiyasını yerinə yetirəcək oyunçuya ehtiyacı var. Marko Verratti və Ander Erreranın yaradıcı yarımmüdafiəçilər olduqlarını düşünən rəhbərlik sözügedən öhdəliyi başqa futbolçuya həvalə etmək istəyir. Paris təmsilçisi Can uğrunda gedən mübarizədə favorit hesab olunur.

Qeyd edək ki, türk əsilli alman oyunçu cari mövsümdə İtaliya A Seriyasında 4 matçda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR