"Barselona" "Vilyarreal"la oyunda Messi və Dembelenin xidmətindən istifadə edə biləcək (FOTO)

"Barselona" La Liqanın 6-cı turu çərçivəsində "Vilyarreal"la oynanılacaq matç üçün iştirak ərizəsini açıqlayıb.

Zədəsini sağaldan Lionel Messinin adı siyahıda yer alıb. Baş məşqçi Ernesto Valverde "Vilyarreal"la oyunda uzun müddət yaşıl meydanlardan uzaq qalan Usman Dembelenin xidmətindən də istifadə edə biləcək. İvan Rakitiçin adı isə iştirak ərizəsinə daxil edilməyib.

"Barselona"nın iştirak ərizəsi: Mark-Andre ter Şteqen, Neto, Nelson Semedu, Jerar Pike, Jan-Kler Todibo, Kleman Lanqle, Jordi Alba, Karles Alenya, Serci Roberto, Serxio Buskets, Frenki de Yonq, Artur, Arturo Vidal, Junior Firpo, Anssumane Fati, Antuan Qrizmann, Usman Dembele, Luis Suares, Lionel Messi.

"Barselona" - "Vilyarreal" oyunu sentyabrın 24-də keçiriləcək.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR