"Barselona" yayı gözləyir - Yanvarda transfer olmayacaq

"Barselona"nın növbəti qış və yay "transfer pəncərələri" ilə bağlı planları məlum olub.

"Marca"nın xəbərinə görə, rəhbərlik hazırkı heyətin yetərli olduğunu düşündüyündən, yanvar ayında yeni oyunçuların transferi nəzərdə tutulmur. Üstəlik, "Barselona" bəzi futbolçularla yollarını ayırmaq niyyətindədi.

Katalon klubunun 2020-ci ilin yay "transfer pəncərəsi" üçün prioriteti müdafiənin sağ cinahını gücləndirməkdən ibarətdi. Baş məşqçi Ernesto Valverdenin Serci Robertodan yarımmüdafiənin mərkəzində istifadə etməsi nəticəsində, komandanın sağda Nelson Semedudan başqa alternativi qalmayıb. Mussa Vahe isə sadəcə İspaniya Kuboku çərçivəsində keçirilən matçlarda oynamaq imkanı əldə edir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR