"Barselona" öz yetirməsini alacaq

"Mançester Siti”nin futbolçusu Erik Qarsiya İspaniyaya qayıdacaq.

Sport7.az xəbər verir ki, "Barselona” 19 yaşlı müdafiəçinin transferini razılaşdırıb. Bu keçid 18 milyon avroya başa gələcək. O, Jerar Pike, Kleman Lanqle və Ronald Arauxo ilə birlikdə "Barselona”nın mərkəz müdafiəçilərindən ibarət "dördlüy”ünü formalaşdıracaq.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu, mançesterlilərin yeni müdafiəçi ilə güclənməsindən sonra gerçəkləşəcək.

Qarsiya "Barselona” akademiyasının yetirməsidir. O, 2017-ci ildə Premyer Liqa klubuna keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR