"Barselona"da maaşlar yenidən azaldılır?

"Barselona"da oyunçuların maaşı növbəti dəfə azaldıla bilər.

Sport7.az xəbər verir ki, bu barədə "As" məlumat yayıb. 
 
Xəbərə görə, klub rəhbərliyi məvaciblərin 70% azaldılmasının koronavirus pandemiyası ilə əlaqədar yaranan itkiləri kompensasiya etmək üçün yetərli olacağından əmin deyil.

Mövcud razılaşmaya görə, "Barselona" maaşlara görə təxminən 14 milyon avro qənaət edəcək. "Katalonlar"ın rəsmiləri bu məbləğin digər klublarla müqayisədə az olduğunu düşünürlər.

Prezident Jozep Bartomeu ən qısa müddətdə klubun maliyyə vəziyyətinin təhlil edilməsini istəyib. Mümkün ssenarilərdən biri "Barsa"nın maaşların növbəti dəfə azaldılması ilə bağlı oyunçulara müraciət etməsidi.

Fanat.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR