"Barselona"dan bu mövsümdə ilk

İspaniya çempionatının 33-cü turunda doğma meydanda "Atletiko" ilə qarşılaşan "Barselona" xal itkisi ilə barışmalı oldu.
 
Sport7.az xəbər verir ki, oyunun gedişatında katalon klubu iki dəfə hesabda irəli çıxsa da Madriddən gələn qonaqlar cavab qolları ilə təslim olmadı. Belədə matç 2:2 hesablı "sülh"lə nəticələndi.
 
Qarşılaşmada cəmi bir xal qazanan "Barselona" 18 dekabr 2019-cu ildən bəri ilk dəfə İspaniya çempionatında ev arenasında xal itirib. Sonuncu dəfə "Barselona" "Kamp Nou"da ötən mövsüm "Real"la qarşılşamda xal itkisinə məruz qalmışdı - 0:0.
 
"Barsa" hazırda turnir cədvəlində 70 xalla ikinci pillədədi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR