Əliheydər Zeynalzadə

Blogger
Yazılar
1

"Barselona"dan "Xəzər Lənkəran"a... - "La Masia" ulduzunun həyat hekayəsi

"Barsa”da daha bir İnyesta var idi – Mario Rosas. 15, 16 və ya 17 yaşı olanda onu izləsəydiniz, Marionun bir gün əsas komandada çıxış edəndə bütün "Kamp Nou”nu hipnoz edəcəyini söyləyərdiniz. Düzünü desəm, o, Laudrupla Messinin qarışığı idi. Rosasın hər iki ayaqla oynamaq və driblinq bacarıqları əla idi. Onda hər şey var idi, ancaq hamısını itirdi. Yəqin ki, onda peşəkarlıq, ya da xarakter çatışmadı. Biz bunu heç vaxt bilməyəcəyik” – Xavi Ernandes.
 


Rosasın məşqçisi - əfsanəvi Yohan Kroyfun həmfikiri və katalon üslubunun nəzəri əsaslarının banilərindən olan Joan Vila idi. "Barsa” həmin mövsüm 3-4-3 taktiki sxemi ilə oynayırdı, bu isə Mario üçün əzaba bərabər idi. "Real” azarkeşi olduğundan, sürətli və vertikal oyuna can atırdı. "Mən irəlidə oynayıb, diqqətimi qol və asistlərə yönəldirdim. Xavi isə topu qorumağın yolları barədə düşünür və tez-tez arxaya pas atırdı. Mənə istədiyim qədər ötürmə vermədiyinə görə əsəbiləşirdim”, - deyə Rosas xatırlayır. 

Messi Qvardiola üçün necə vacib idisə, Mario da "La Masia”, sonradan isə "Barselona B” üçün o dərəcə əhəmiyyətli idi. O, hər şeyə sahib idi: hər iki ayaqla yaxşı zərbə vurmaq bacarığı, driblinq, sürət... Hətta "avtobus” futboluna üstünlük verən komandalara qarşı oyunlarda təkbaşına keçidləri sayəsində qapıya yol tapa bilirdi.

Mario həmin dövrdə "Barselona"ın əsas komandasının baş məşqçisi olan Lui van Qalın nəzərindən qaçmamış və hollandiyalı onu 17 yaşında əsas komandaya dəvət etmişdi. Artıq 1998/99 mösümündə Rivaldolu, Fiqulu "Barsa” çempionluğunu rəsmiləşdirmişdi. Rosasın debütünü "Salamanka” korladı. Oyunun birinci hissəsində klub önə çıxdığından, van Qal ikinci hissə başlayan kimi onu əvəzlədi. Bu da Mario Rosasın "Barselona”da sonuncu matçı oldu.
 

"Mən "La Masia"nın, "Barselona B"-nin ulduzu idim, amma gözləməyə səbrim çatmadı" - Mario Rosas




"Salamanka” ilə oyundan sonra meydanda görünməyən Mario çıxış yolunu "Alaves”ə keçməkdə gördü. "La Masia” dahisi reallıqla məhz onda tanış oldu. Yeni klubunda arxa xəttə kömək etmək də tələb olunurdu, halbuki Rosas daha əvvəl bunu etməmişdi. Müdafiədə oynamaq bacarığı olmayan futbolçunun ümidləri puç oldu. Beləliklə, Mario ehtiyat skamyasının daimi sakinlərindən birinə çevrildi. "Barsa”dan gözlədiyi zəng isə heç vaxt gəlmədi. Ehtiyatda oturmaqdan bezən oyunçu "Rekreativo”dan yaxşı təklif almışdı, amma... 

"Alaves” rəhbərliyindən xəbərsiz danışıqlar apardığı üçün cəhdinin qarşısı alındı. Daha sonra "Salamanka”ya keçdi və Sequndada da özünü tapa bilməyərək bir-bir divizion klublarını gəzdi. 2011/12 mövsümündə "Xəzər Lənkəran”ın heyətində 10 oyuna çıxan "La Masia" dahisi 2014-cü ildə İspaniyanın 4-cü divizion klubu - "Eldense"də karyerasını başa vurdu.

"O vaxt indiki ağlım və təcrübəm olmayıb. Onda verdiyim qərarlar mənə doğru gəlirdi. İndi olsa, hər şeyi başqa cür edərdim, amma heç nəyə görə də peşman deyiləm” - Mario Rosas.
 



 
Sport7.az

OXŞAR XƏBƏRLƏR