"Barselona"nın 16 yaşlı istedadı - Fati İspaniya vətəndaşlığına keçib

"Barselona"nın vinqeri Anssumane Fati İspaniya vətəndaşlığına keçib.

Fatinin adı artıq İspaniya millisinin (U-17), Braziliyada gənclər arasında keçiriləcək dünya çempionatı üçün nəzərdə tutulmuş 50 nəfərlik ilkin heyətinə daxil edilib.

16 yaşlı futbolçu Qvineya-Bisauda dünyaya gəlib. O, seçimini Portuqaliya yığmasından yana da edə bilərdi.

Cari mövsümdə La Liqada 3 matçda meydana çıxan Fatinin aktivində 2 qol, 1 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR