"Barselona"nın Çempionlar Liqasında qrupda qalmasını istəyirəm"

"Real"ın müdafiəçisi Daniel Karvaxal "Marca"ya açıqlamasında "Barselona"nın Çempionlar Liqasında uğursuzluğa düçar olmasını istədiyini bildirib:

"Yalan danışmayacam. "Barselona"nın Çempionlar Liqasında qrupda qalmasını istəyirəm. Onlar ÇL-də çempionluğa namizədlərdəndilər və bizim əsas rəqibimizdilər.

Riyakarlıq etməyəcəm. Mən həmişə "Barselona"nın La Liqada, həmçinin Çempionlar Liqasında məğlub olmasını istəyirəm.

"Barsa" fantastik heyətə malikdi və istənilən turnirdə qələbəyə namizəddi. Güclü rəqiblərin mübarizəni dayandıması isə bizim lehimizədi".

Qeyd edək ki, Çempionlar Liqasında 4 turdan sonra aktivində 8 xal olan "Barselona" F qrupunun lideridi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR