"Barselona"nın futbolçusu qışda "Tottenhem"ə keçə bilər

"Barselona"nın yarımmüdafiəçisi Karles Alenya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"El Mundo Deportivo"nun xəbərinə görə, "Tottenhem" Alenyanın xidmətində maraqlıdı. Keçid qış "transfer pəncərəsi"ndə baş tuta bilər.
 
Baş məşqçi Maurisio Poçettinonun Alenyanı yaxından izlədiyi bildirilir. İspan futbolçu London klubundan ayrılacağı gözlənilən Kristian Eriksenin əvəzedicisi qismində göstərilir.

Cari mövsümdə Alenya La Liqada 1 matçda meydana çıxıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR