"Barselona"nın oyunçusu Avroliqada turun MVP-si seçildi

"Barselona"nın qardı Kori Hiqqins Avroliqada müntəzəm çempionatın 7-ci turunun MVP-si ("ən dəyərli oyunçu") seçilib.

"Jalqiris"lə səfər oyununda (93:86) 27 xal və 4 ribaundla yadda qalan Hiqqinsin effektivliyi 33 balla dəyərləndirilib.

"Valensiya"nın oyunçusu Cordan Loyd 41 bal toplasa da, "Panatinaikos"la görüşdə qeydə alınan məğlubiyyət onun MVP olmaq şanslarının üzərindən xətt çəkib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR