"Barselona"nın oyununa Tiflisdə baxmaq istəyənlərin nəzərinə: SATIŞ LƏĞV OLUNDU! 

Gürcüstan Futbol Federasiyasının idman direktoru Arçil Arveladze UEFA Superkubokunun "Barselona" - "Sevilya" matçına satılan bilet məsələsinə aydınlıq gətirib.

O, sport7.az saytının Tiflisə ezam olunmuş əməkdaşına verdiyi müsahibədə bildirib ki, daha onlayn bilet satışı olmayacaq.

Buna səbəb onlayn bilet satışının UEFA tərəfindən ləğv olunmasıdır. Ancaq kassalarda biletlər satılacaq. Satışın nə vaxtdan başlayacağı hələ ki bilinmir.

Qeyd edək ki, bu oyunu izləmək istəyənlər arasında çox sayda Azərbaycandan da tamaşaçı kütləsi var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR