"Barselona"ya qayıda bilərəm" - Pedro

"Çelsi"nin vinqeri Pedro "Cadena Ser"ə açıqlamasında yayda "Barselona"ya qayıtmaq niyyətində olduğunu bildirib:

"Hər kəs mənim "Barselona" haqqındakı düşüncələrimə bələddi. Kluba qayıdışım ehtimal daxilindədi. Həmişə "Barselona"nı sevdiyimi demişəm. Bir neçə ilimi klubda keçirmişəm. "Barsa"dakı insanlara böyük sevgi ilə yanaşıram. Təbii ki, kluba qayıtmaq istəyərdim. Ümid edirəm ki, bu, baş verəcək".

Pedro 2005-2015-ci illər aralığında "Barselona"da çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR