"Barselona"ya transfer icazəsi verildi

"Barselona" "transfer pəncərəsi"nin bitməsinə baxmayaraq, heyətini gücləndirə biləcək.

"El Mundo Deportivo"nun xəbərinə görə, Tibbi Komissiya Usman Dembelenin zədə səbbəindən uzun müddət oynaya bilməyəcəyini təsdiqləyib. Beləliklə, "Barselona" növbəti 15 gün ərzində İspaniya daxilində çıxış edən futbolçulardan birini transfer edə bilər.

Daha əvvəl "katalonlar"ın digər hücumçusu Luis Suares sıradan çıxmışdı.

24 turdan sonra aktivində 52 xal olan "Barselona" lider "Real Madrid"dən 1 xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR