Barti ikinci sıraya yüksəldi, Serena top-10-dan, Şarapova isə top-50-dən kənar qaldı

Barti ikinci sıraya yüksəldi, Serena top-10-dan, Şarapova isə top-50-dən kənar qaldı

"Rolan Qarros"un nəticələri əsasında WTA-nın yenilənmiş turnir cədvəli açıqlanıb.

Əvvəlki kimi reytinqə Naomi Osaka başçılıq edir. "Rolan Qarros"un qalibi Əşli Barti 6 pillə irəliləyərək ikinciliyə yüksəlib. Finalçı Marketa Vondrouşova 38-ci sıranı 16-ya dəyişib. Yarımfinalçılar - Yohanna Konta 18-ci, Amanda Anisimova 26-cı, 1/4 finalçı - Petra Martiç 24-cü, 1/8 finalçılar - Sofiya Kenin 30-cu, Alyona Bolşova 90-cı, İqa Şvöntek isə 67-ci pillədə qərarlaşıb.

RQ-dəki çempionluğunu qoruya bilməyən Simona Halep 8-ci sıraya qədər geriləyib. Rumın raketka ustası son iki il ərzində ilk dəfə top-4-dən kənar qalıb. 1/16 finalda mübarizəni dayandıran Serena Vilyams "ilk onluq"dakı yerini itirib. Turnirdə iştirak etməyərək, ötənilki 1/4 final nəticəsini təkrarlaya bilməyən Mariya Şarapova 37 sıra birdən itirərək 86-cı olub.

10 iyun tarixinə olan WTA sıralaması

1 (1). Naomi Osaka (Yaponiya) - 6486 xal
2 (8). Əşli Barti (Avstraliya) - 6350
3 (2). Karolina Plişkova (Çexiya) - 5685 
4 (4). Kiki Bertens (Hollandiya) - 5345 
5 (6). Petra Kvitova (Çexiya) - 4925 
6 (5). Anjelik Kerber (Almaniya) - 4675 
7 (9). Elina Svitolina (Ukrayna) - 3967
8 (3). Simona Halep (Rumıniya) - 3963
9 (7). Sloun Stivens (ABŞ) - 3682
10 (11). Arina Sobolenko (Belarus) - 3565
11 (10). Serena Vilyams (ABŞ) - 3411
---
16 (38). Marketa Vondrouşova (Çexiya) - 2747
18 (26). Yohanna Konta (Böyük Britaniya) - 2555
24 (31). Petra Martiç (Xorvatiya) - 1975
26 (51). Amanda Anisimova (ABŞ) - 1890
30 (35). Sofiya Kenin (ABŞ) - 1743
67 (104). İqa Şvöntek (Polşa) - 853
86 (49). Mariya Şarapova (Rusiya) - 710
90 (137). Alyona Bolşova (İspaniya) - 694

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR