Barti və Kvitova 1/8 finalda, Osaka üçün

Barti və Kvitova 1/8 finalda, Osaka üçün "Australian Open" bitdi

"Australian Open"in beşinci günündə qadınların mübarizəsində üçüncü mərhələnin görüşləri keçirilir.

Turnirin son qalibi Naomi Osaka mübarizəni dayandırıb. Yapon tennisçi Kori Qauffla bacarmayıb. Petra Kvitova Yekaterina Aleksandrovanı məğlub edib. Eşli Barti Yelena Rıbakinaya set verməyib. Mariya Sakkari Medison Kizə qalib gəlib. Elison Risk isə Yuliya Qörqesdən üstün olub.


Australian Open (Böyük dəbilqə)

Melburn, Avstraliya

Qadınlar

Üçüncü mərhələ

Eşli Barti (Avstraliya) - Yelena Rıbakina (Qazaxıstan) - 2:0 (6:3, 6:2)

Petra Kvitova (Çexiya) - Yekaterina Aleksandrova (Rusiya) - 2:0 (6:1, 6:2)

Kori Qauff (ABŞ) - Naomi Osaka (Yaponiya) - 2:0 (6:3, 6:4)

Mariya Sakkari (Yunanıstan) - Medison Kiz (ABŞ) - 2:0 (6:4, 6:4)

Elison Risk (ABŞ) - Yuliya Qörqes (Almaniya) - 2:1 (1:6, 7:6, 6:2)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR