Barti və Serenadan uğurlu start, Şarapova və Muqurusa üçün

Barti və Serenadan uğurlu start, Şarapova və Muqurusa üçün "Vimbldon" başa çatdı

"Vimbldon"un ikinci günündə qadınların mübarizəsində ilk mərhələnin növbəti görüşləri keçirilib.

WTA-nın reytinq cədvəlində birinci sırada qərarlaşan Əşli Barti, son çempion Anjelik Kerber, Serena Vilyams və Petra Kvitova mərhələ adlayıblar. 2017-ci ildə "Vimbldon"un qalibi olan Qarbinye Muqurusa Beatris Haddad Mayyaya məğlub olaraq çıxışını dayandırıb. Sabiq çempionlardan Mariya Şarapova isə Polin Parmentye ilə oyunu tamamlaya bilməyib və "Vimbldon"la vidalaşıb.


Vimbldon ("böyük dəbilqə")

London, Böyük Britaniya

Qadınlar

İlk mərhələ

Belinda Bençiç (İsveçrə) - Anastasiya Pavlyuçenkova (Rusiya) - 2:0 (6:2, 6:3)

Polin Parmentye (Fransa) - Mariya Şarapova (Rusiya) - 1:1 (4:6, 7:6, 5:0 - Şarapova imtina edib)

Əşli Barti (Avstraliya) - Saysay Çjen (Çin) - 2:0 (6:4, 6:2)

Petra Kvitova (Çexiya) - Ons Jaber (Tunis) - 2:0 (6:4, 6:2)

Kiki Bertens (Hollandiya) - Mendi Minella (Lüksemburq) - 2:0 (6:3, 6:2)

Anjelik Kerber (Almaniya) - Tatyana Mariya (Almaniya) - 2:0 (6:4, 6:3)

Serena Vilyams (ABŞ) - Culiya Qatto-Montikone (İtaliya) - 2:0 (6:2, 7:5)

Beatris Haddad Mayya (Braziliya) - Qarbinye Muqurusa (İspaniya) - 2:0 (6:4, 6:4)

Sloun Stivens (ABŞ) - Timea Baçinski (İsveçrə) - 2:0 (6:2, 6:4)

Amanda Anisimova (ABŞ) - Sorana Kırstya (Rumıniya) - 2:0 (6:3, 6:3)

Eliza Mertens (Belçika) - Fiona Ferro (Fransa) - 2:0 (6:2, 6:0)

Yohanna Konta (Böyük Britaniya) - Ana Boqdan (Rumıniya) - 2:0 (7:5, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR