Barti yarımfinalda, Osaka və Plişkova mübarizəni dayandırdılar

Barti yarımfinalda, Osaka və Plişkova mübarizəni dayandırdılar

Sinsinnatidə keçirilən "Premier" seriyalı turnirdə 1/4 final mərhələsinə yekun vurulub.

"Rolan Qarros"un qalibi Əşli Barti üç set sonunda Mariya Sakkarini məğlub edib. Geridönüş edən Svetlana Kuznetsova Karolina Plişkovadan güclü olub.

WTA reytinqinin lideri Naomi Osaka üçüncü setin gedişində dizindəki zədə səbəbindən oyundan imtina edib. Nəticədə Sofiya Kenin mərhələ adlayıb. Onun yarımfinaldakı rəqibi isə Vinus Vilyamsa qalib gələn Medison Kiz olacaq.


Western and Southern Open (Premier 5)

Sinsinnati, ABŞ

1/4 final

Əşli Barti (Avstraliya) - Mariya Sakkari (Yunanıstan) - 2:1 (5:7, 6:2, 6:0)

Svetlana Kuznetsova (Rusiya) - Karolina Plişkova (Çexiya) - 2:1 (3:6, 7:6, 6:3)

Sofiya Kenin (ABŞ) - Naomi Osaka (Yaponiya) - 1:1 (6:4, 1:6, 2:0 - Osaka imtina edib)

Medison Kiz (ABŞ) - Vinus Vilyams (ABŞ) - 2:0 (6:2, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR