Baş məşqçi:

Baş məşqçi: "Birgə təlim-məşqlər qızıl medal qazanmağımıza kömək edəcək"

Taekvando üzrə komandamızın baş məşqçisi Məmməd Abdullayev Ukraynadakı təlim-məşq toplanşı haqda danışıb.
 
Sport7.az xəbər verir ki, o qarşıdakı yarışlara hazırlıq barədə fikirlərini bildirib: "Təlim-məşq toplanışında iştirak etməkdən məmnunuq və düşünürəm ki, iştirak edən digər komandalara da fayda gətirəcəkdir. Ukrayna komandası ilə uzun müddətdir dostuq münasibətimiz var. Hər il "Ukraina Open Cup" turnirinə qatılırıq, yaxşı məşqçiləriniz var və bizi hər zaman isti qarşılayırlar. Ukrayna və Azərbaycan yığma komandalarında Avropa və dünya birinciliyində uğurla mübarizə aparan yaxşı idmançılar var. İdmançılar təcrübə qazanmaq üçün digər ölkələrin rəqibləri ilə işləməlidirlər. Bu onlar üçün çox faydalıdır. Komandamızda Avropa çempionu, dünya mükafatçısı var. Ukrayna komandasında da idmançılarımızın yarışlarda qarşılaşdıqları çempionlar var. Qarşımızda gənclər arasında Avropa birinciliyi var və düşünürəm ki, birgə təlim-məşqlər qızıl medal qazanmağımıza kömək edəcək".
 
Avqustun 20-də startı verilmiş məşqlərdə Ukrayna və Azərbaycan millisindən başqa Latviya, Çexiya, Estoniya təmsilçiləri də iştirak edir. Məşqlərə avqustun 30-da yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR