Sport7.az xəbər verir ki, Abasov hücumçu axtarışında olduqlarını, amma bu axtarışların nəticəsiz qaldığını etiraf edib:
"Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər. Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm.
Digər namizədimiz İsveçrənin "Bazel” klubunun üzvü idi. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı. Hazırda axtarışlar davam edir və bir hücumçu ilə danışıqlar gedir”.
Sport7.az