"Kayserispor”da növbəti baş məşqçi istefası gerçəkləşib.
Sport7.az xəbər verir ki, Superliqa təmsilçisi Dan Petresku ilə yollarını ayırıb. Rumıniyalı mütəxəssis təyinatından cəmi 43 gün sonra postunu tərk edib. Çalışdırıcı istefasını ailə məsələləri ilə izah edib.
Petreskunun rəhbərliyi altında 8 oyuna çıxan Kayseri təmsilçisi 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub.
Sport7.az