"Başqalarının sözləri mənim üçün önəmli deyil" - Lempard Mourinyuya cavab verdi

"Çelsi"nin baş məşqçisi Frenk Lempard "Mançester Yunayted"lə oyundan sonra, "Sky Sports" telekanalında ekspert kimi çalışan Joze Mourinyunun tənqidi açıqlamalarına münasibət bildirib:

"Mourinyu Meyson Mauntun oyununu bəyənməyib? Belə də deyib? Ciddisiniz? Vau. Təcrübəli və ya təcrübəsiz, hansısa futbolçunu zədəli halda meydana buraxa bilmərəm. Bu gün meydanda olan futbolçular sayəsində 45-60 dəqiqə ərzində təşəbbüsü əlimizdə saxlaya bildik. Aydın məsələdi ki, çoxlu fərdi səhvlərimiz oldu. Rəqib qapıya beş zərbə endirib və bunlardan dördü qol olub. Bu, acı reallıqdı.

Başqalarının sözləri mənim üçün önəmli deyil. Ekspertlər və ya digərləri... - danışmaq onların işidi. Mən bu heyətə güvənirəm və komandanın üzərində işləməyə davam edəcəyik.

Fasiləyə hesabda 2:1 və ya 3:1 irəlidə yollansaq, hər şey tamamilə fərqli ola bilərdi. Zərbələrdə azacıq dəqiq olsaq və bəxt yanımızda olsa, bu, baş verə bilərdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR