Bastian Şvaynştayqer karyerasını bitirdi

Bastian Şvaynştayqer karyerasını bitirdi

Bastian Şvaynştayqer professional futbolçu karyerasını bitirdiyini açıqlayıb:

"Artıq karyeramı bitirmək zamanıdı. Hamınıza, oynadığım bütün komandalara - "Bavariya", "Mançester Yunayted", "Çikaqo Fayr" və Almaniya yığmasına minnətdarlığımı bildirmək istəyirəm.

Təbii ki, həyat yoldaşım Ana İvanoviç və ailəmi də unutmaq niyyətində deyiləm. Dəstəyinizə görə təşəkkür edirəm".

Şvaynştayqer "Bavariya"nın heyətində 8 dəfə Bundesliqanın, 7 dəfə Almaniya Kubokunun, 2 dəfə ölkə Superkubokunun, 1 dəfə olmaqla isə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Alman futbolçu 2014-cü ildə yığmanın heyətində dünya çempionluğunu bayram edib.

Şvaynştayqer tennis üzrə sabiq "bir nömrə" Ana İvanoviçlə evlidi və cütlüyün iki oğlu var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR