Baukdan 3 qol: Kubokda 3-cü dəfə

Baukdan 3 qol: Kubokda 3-cü dəfə

"Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub.
 
Sport7.az xəbər verir ki, 3 qol vuran yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridir. Bauk "Keşlə”nin oyunçusu Xəzər Mahmudovla şərikli bombardir olub. "Qırmızı-qaralar” cari mövsüm kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan komandanın yarımfinala yüksəlməsinə mozambikli legioner öz qolları ilə töhfə verib. O, "Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.

Klesio "Qəbələ”nin tarixinə Azərbaycan kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR