"Bavariya" ispan futbolçunu transfer edir

"Espanyol"un yarımmüdafiəçisi Mark Roka karyerasını Almaniyada davam etdirə bilər.

"As" nəşrinin məlumatına görə, "Bavariya" Rokanın xidmətində maraqlıdı. Münhen klubu ispan futbolçunu "Mançester Siti"də oynamağa üstünlük verən digər transfer hədəfləri - Rodrinin alternativi qismində görür.

"Bavariya" sərbəstqalma məbləğini - 40 milyon avro - ödəyərək Rokanı heyətinə qatmaq niyyətindədi.

Ötən mövsüm La Liqada 35 matçda meydana çıxan 22 yaşlı oyunçunun aktivində 1 qol, 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR