"Bavariya" Leroy Sanenin transferində qərarlıdı

"Bavariya" hələ də "Mançester Siti"nin vinqeri Leroy Sane ilə maraqlanır.

Sanenin komanda yoldaşları onun növbəti yay "Siti"dən ayrılmaq və "Bavariya"ya keçmək istədiyini düşünürlər.

"Bavariya" ötən yay 23 yaşlı futbolçunu heyətinə qatmaq istəsə də, sonda zədə məsələsi keçidə mane olmuşdu. Bununla belə, hazırda Münhen klubunun təmsilçiləri Sanenin bərpa prosesini yaxından izləyir. Rəhbərlik növbəti yay alman oyunçunu heyətə qatmaqda qərarladı.

"Mançester Siti" Sanenin transferini 137 milyon funt dəyərində qiymətləndirir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR