"Bavariya" "Real"ı məğlub etdi, "Fənərbağça" "Makkabi"yə, TSSKA isə "Olimpiakos"a uduzdu

Kişi basketbolçuların Avroliqa turnirində mübarizə davam edir.

Ötən gün keçirilən 5 görüşdən sonra müntəzəm çempionatın 5-ci turuna yekun vurulub. Avroliqanın favoritləri - TSSKA, "Real" və "Fənərbağça" məğlubiyyətlə barışmalı olublar.


Avroliqa

Müntəzəm çempionat

5-ci tur

TSSKA (Moskva, Rusiya) - "Olimpiakos" (Yunanıstan) - 79:84

"Jalqiris" (Litva) - "Zenit" (Rusiya) - 70:82 (overtaym)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Fənərbağça" (Türkiyə) - 67:55

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 95:86

"Barselona" (İspaniya) - "Valensiya" (İspaniya) - 83:77
 
Turnir cədvəli: 1. "Barselona" (5-0), 2. TSSKA (4-1), 3. "Anadolu Efes" (4-1), 4. "Ximki" (4-1), 5. "Milan" (4-1), 6. "Makkabi" (3-2), 7. "Villörban" (3-2), 8. "Bavariya" (3-2).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR