"Bavariya"dan inamlı, "Çelsi"dən çətin qələbə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sport7.az xəbər verir ki, İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilən görüşdə "Çelsi"yə 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya A Seriyası təmsilçisi "Latsio" isə öz meydanında turnirin son qalibi "Bavariya"ya 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçusu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.
 
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
(Olivye Jiru, 68)

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4
(Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 23, Leroy Sane, 42, Françesko Açerbi, 47-ö.q)
 
1/8 finalın əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
 
"Barselona" - PSJ 1:4
"Leypsiq" - "Liverpul" 0:2
"Portu" - "Yuventus" 2:1
"Sevilya" - "Borussiya" (Dortmund) 2:3 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR