"Bavariya"nın futbolçusuna cinayət işi açıldı

Almaniya prokurorluğu "Bavariya"nın futbolçusu Jerom Boatenqə qarşı yenidən iş açıb.

Sport7.az xəbər verir ki, 33 yaşlı müdafiəçi dünyasını dəyişən sabiq sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməkdə ittiham olunur. Futbolçuya qarşı iddianamə Münhen məhkəməsinə 2019-cu ilin fevralında göndərilib. İş "müvəqqəti icraat" mərhələsində olub. Sonra hakim əlavə araşdırmalara qərar verib və ittiham aktını təsdiqləməyib.

Boatenq isə fevralda Lenhardtdan ayrıldığını açıqlayıb. Onun keçmiş sevgilisi fevralın 10-da Berlindəki evində ölü tapılıb.

Adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, prokuror qızın ölüm xəbərindən sonra Boatenqlə bağlı istintaqı yenidən başlamağı qərara alıb. Onun ölümü ilə əlaqədar istintaq dövründə prokurorluğa yeni məlumatlar gəlib, bu da köhnə iş üzrə prosesin davam etdirilməsinə imkan yaradıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR