Bazarqanov

Bazarqanov "Qran-pri"nin finalında

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə 57, 65 və 74 kq-da sərbəst, 60, 67, 77 və 87 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) finala vəsiqə qazanıb. Onun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Şahin Muxtarov, eləcə də yunan-Roma güləşçilərimizdən Kamran Məmmədovla (67 kq) Həsən Əliyev (77 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Sözügedən çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR