Bəhlul Mustafazadə:

Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, xal qazanaq"

Yığmamızın müdafiəçisi Bəhlul Mustafazad Slovakiya ilə oyunöncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, o bunları söyləyib: "Slovakiyanın mərhələ adlamaq şansı qalır və bu baxımdan sabahkı oyun daha çətin keçəcək. Biz də mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq. Slovakiya qrupumuzda Xorvatiyadan sonra ikinci ən güclü komandadır.

Marek Hamşik kimi futbolçunun millimizin müdafiə xətti haqda xoş sözlər söyləməsi yaxşıdır. Ancaq uğur qazanmaq üçün bütün komanda çalışır. Təbii ki, istəyimiz qol vurmaq və buradan yaxşı nəticə ilə ayrılmaqdır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR