Bəhmən Həsənov:

Bəhmən Həsənov: "İstədiyimizi əldə etdik"

Bu gün 14-cü turun son oyununda "Qəbələ"ylə qarşılaşan "Rəvan" aktivinə bir xal yazıb. 

Sport7.az xəbər verir ki, oyundan sonra "Rəvan”ın baş məşçisi Bəhmən Həsənov bu fikirlərə müəlliflik edib:

"Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq”. (pfl.az)


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR