Bekhemin Messi və Ronaldo arzusu

Bekhemin Messi və Ronaldo arzusu

"İnter Mayami”nin sahibi Devid Bekhem ən böyük arzusunu açıqlayıb.

Sport7.az xəbər verir ki, ötənlərin əfsanəvi futbolçusu "Barselona” və "Yuventus”un superulduzu Lionel Messi ilə Kriştianu Ronaldonu MLS təmsilçisinə cəlb etmək niyyətini açıqlayıb. O, bunun üçün əllərindən gələni etdiklərini bildirib: "Azarkeşlərimizin komandada böyük ulduzlar görmək istədiklərini bilirik. Hazırda Qonsalo İquain və Blez Matuidi kimi parlayan similar bizimlədir. Gələcəkdə də bu ənənəni davam etdirmək istəyirik. Oyunçular komandaya uyğun və ehtirası olmalı, eyni zamanda qələbə qazanmaq üçün çalışmalıdırlar. Əlbətdə ki, Messi və Ronaldo kimi möhtəşəm futbolçular komandaya cəlb etmək istəyirik. Mayami hər kəs üçün əla yerdir”.

Hazırda Ronado A seriyasında, Messi ilə La Liqada 19 qolla bombardirlər yarışına başçılıq edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR