Belarusda daha 2 futbolçu koronavirusa yoluxdu

Belarusda daha 2 futbolçu koronavirusa yoluxdu

Belarus klubu "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

Sport7.az xəbər verir ki, digər ölkələrdə çempionat dayandırıldığı vaxtda Belarusda ölkə birinciliyi davam edirdi. Artıq bunun fəsadları üzə çıxmağa başlayıb. Belə ki, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.

Onlarla yanaşı, elita təmsilçisinin daha 2 üzvü - Maksim Bordaçyov və Andrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur. Sözügedən futbolçular 10-cu turda baş tutacaq "Neman"la matçda iştirak etməyəcəklər.

Yüksək və I liqa klublarının bəzi oyunçularında da koronavirus infeksiyası aşkarlanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR