“Belarusiya çempionatı pornoqrafiyadı” – Prezident əsəbləşdi

“Belarusiya çempionatı pornoqrafiyadı” – Prezident əsəbləşdi

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov Belarusiya çempionatını və onu Rusiyada canlı yayınlayan "Matç TV”ni tənqid edib.

Sport7.az xəbər verir ki, Koloskov Belarusiya çempionatını pornoqrafiyaya bənzədib.

Sitat: "Əgər, ölkədə karantin yoxdusa, yoluxanların sayı azdısa, çempionatı davam etdirmək mümkündü. Ölkə digərlərindən izolyasiya olunubsa, bu, ümumi vəziyyətə təsir etmir. Oynamaq istəyirlərsə, oynasınlar. Belarusiya o qədər də böyük ölkə deyil, kiçik yerdi. Rusiyada isə durum fərqlidi.

Məni ən çox təəssüfləndirən "Matç TV”nin bu çempionatın yayım hüququnu almasıdı. Cümə günü iki görüşə baxmağa çalışdım. Bu, mənasız bir pornoqrafiyadır. Azarkeş yox, ustalıq səviyyəsi yox, heç nə yoxdu. Biz isə bunu bütün ölkəyə göstəririk.

Əvvəllər televiziyalarda "Qəhrəman idmançılar” verlişi var idi. Belə verlişləri göstərin, Seul olimpiadasının finalında SSRİ yığmasının çıxışı verib, "Çağırış kuboku”nda xokkey yığmalarının oyunlarına baxaq. Məni nəyimə lazımdı BATE-nin oyunu?”

Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR