Bu ölkə dünya çempionatından məhrum edildi

Bu ölkə dünya çempionatından məhrum edildi

Belarusun paytaxtı Minsk büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Buzüstü Xokkey Federasiyasının rəsmi saytı məlumat yayıb. Bununla bağlı qərar qurumun dünənki iclasında qəbul olunub.

Daha əvvəl "Skoda" və "Nivea" şirkətləri Belarusda keçiriləcəyi halda, yarışa sponsor olmaqdan imtina edəcəklərini açıqlayıblar.

Dünya çempionatının 21 may - 6 iyunda Minsk və Riqada (Latviya) təşkil olunması planlaşdırılırdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR