"Bəlkə mən axmağam?" - "Sabah"ın baş məşqçisi

"Neftçi" ilə qarşılaşmadan sonra "Sabah"ın baş məşqçisi Jelko Sopiç fikirlərini bildirib.
 
Sport7.az-ın oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, xorvat mütəxəssis bunları söyləyib: "Bəzən şərh vermək də çox çətindi. Hər iki komanda üçün çətin idi. İlk qolu hissəyə əlavə olunmuş dəqiqələrdə buraxdıq. Bununla bağlı xəbərdarlıq etmişdik. Bizim əcnəbi oyunçularımız daha çox çalışmalı, kömək etməlidilər. "Qarabağ"la oyunda da belə oldu. Rəqib bizi ustalıq səviyyəsində üstələyir. Mətbuat konfransında çox danışmağı xoşlamıram. Futbolçularıma iradımı bildirəcəm.
 
Azərbaycan çempionatını siz yaxşı izləyirsiz. Əlimizdəki oyunçuların nəyə qadir olduğunu görürsüz, bunun üçün heç məşqçi olmağa da ehtiyac yoxdu. Kluba gələrkən mənə futbolçular haqda başqa sözlər demişdilər. Bəlkə mən axmağam? Məndən əvvəlki məşqçilərə hörmətsizlik etmək istəmirəm. Pul mənim komandamda heç nəyi həll etmir. Futbolçular çox çalışmalıdılar, onlar Şakir Seyidov kimi olmalıdılar. 10 illik iş təcrübəm, 600 oyunluq keçmişim var. Biz mərkəzi bağlamağa çalışırdıq. İstəmirəm ki, ümidimiz Allaha və qapıçımıza qalsın.
 
Qışdan sonra azı 7 döyüşkən, Şakir kimi meydanda can qoyan futbolçum olmalıdı. Bura gələnədək "Sabah"ın bütün oyunlarına baxmışdım, bəzi şeyləri bilirdim. Əgər, legionerlər bizə kömək etməsələr, 10 yerli futbolçuyla oynayacağıq. Mənim üçün futbolçunun adı, milliyəti önəmli deyil. Bəzi legionerlərin top səviyyədə olduğunu deyirdilər. Rəhbərliklə qış fasiləsi ilə bağlı görüşümüz olacaq. İndidən transferlərə pul ayrılıb, ayrılmayacağını deyə bilmərəm.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR